İş Təsviri
Mazarina Trade Company
Tələblər:
Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
Elektron hökümət portallarında işləmə bacarığı;
Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
Vergi və mühasibat uçotunun aparılması;
Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,
qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
İş şəraiti:
Maaş: 1200-1400 azn
İş vaxtı: 09:00–dan 18:00 dək;
İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “vakansiya adını”qeyd edərək göndərə bilərsiniz
Ünvan: Ələsgər Qayıbov 12/22 (Azera Holdinq)