İş Təsviri
Estemol Baku MMC
İş şəraiti:
İş rejimi: Tam ştat
Başlama tarixi: Ən qısa zamanda
Müraciət üçün son tarix: yoxdur
Vəzifə Öhdəlikləri:
Dəriyə qulluq və estetik prosedurların icrası (təmizləmə, pilinq, maskalar və s.)
Aparat kosmetologiyası üzrə xidmətlərin göstərilməsi (ultrasəs, RF lifting, lazer prosedurları və s.)
Müştərinin dəri tipini analiz edərək ona uyğun qulluq planı hazırlamaq
Prosedurlardan əvvəl və sonra müştərini maarifləndirmək və düzgün məhsulları tövsiyə etmək
Müştəri məlumatlarının düzgün şəkildə qeydiyyatı və təqibi
Təhlükəsizlik və gigiyena qaydalarına riayət etmək
Estetik nəticələrin keyfiyyətinə cavabdeh olmaq və müştəri məmnuniyyətini təmin etmək
Tələblər:
Kosmetologiya sahəsində ixtisas və ya təlim sertifikatı
Minimum 1 il iş təcrübəsi (aparat və ya tibbi kosmetologiyada təcrübəsi olanlara üstünlük verilir)
Gigiyenik qaydalara ciddi şəkildə əməl etmək
Gülərüz, nəzakətli və pasiyent yönümlü yanaşma
Azərbaycan dilində sərbəst danışmaq (Rus və/və ya İngilis dili bilikləri üstünlükdür)
Komandada işləmək və daim özünü inkişaf etdirmək istəyi
Təklif etdiklərimiz:
Rəqabətqabiliyyətli əmək haqqı
Müasir avadanlıqlarla təchiz olunmuş iş mühiti
Daimi təlim və inkişaf imkanları
Stabil və dəstəkləyici komanda
Gözəl və rahat iş şəraiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.