Satış üzrə Direktor/ Direktor Müavini

Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Ibis Baku city

Əsas vəzifələr:

Otelin bütün Satış və Marketinq funksiyalarını idarə etmək, problemsiz koordinasiyanı təmin etmək.
Strateji planlaşdırma və icra vasitəsilə otelin ümumi gəlirini, bazar payını və gəlirliliyini maksimuma çatdırmaq.
Ümumi Otel Marketinq Planını hazırlamaq və həyata keçirmək, strategiyaların və təşəbbüslərin vaxtında və peşəkar şəkildə icrasını təmin etmək.
Otel gəliri və marka bazar payını artırmaq üçün təşviqat strategiyalarının, marketinq planlarının və iş imkanlarının planlaşdırılması və inkişafına rəhbərlik etmək.
Əlavə məhsul imkanlarını müəyyənləşdirmək və mövcud müştərilərə əlavə satışlar etmək.
Həm daxili komanda üzvləri, həm də müştərilərlə vaxtında və peşəkar şəkildə əlaqə saxlamaq.
Potensial müştərilərlə müqavilələr bağlamaq, danışıqlar aparmaq.
İlin bütün dövrlərində satış kvotasını davamlı olaraq yerinə yetirmək.
İşgüzar sərgilərdə və digər rəsmi tədbirlərdə oteli təmsil etmək.
Satış fəaliyyətinin bütün məlumatlarını mövcud sistemlərdə qeyd etmək, hesablar, potensial müştərilər, imkanlar, əlaqə məlumatları və fəaliyyətlərin yenilənməsi üçün SOP-lara əməl etmək.
Satış performansını artırmaq üçün müntəzəm və strukturlaşdırılmış satış və biznes təlim proqramlarında iştirak etmək.
Qonaqpərvərlik sənayesininn tendensiyaları, imkanlar və rəqabət meylləri barədə məlumatlılığı inkişaf etdirmək və saxlamaq.
Namizədə aid tələblər:

Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə iş təcrübəsi
İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.