İş Təsviri
Xalq Sığorta
Namizədə dair gözləntilər və tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma bacarığı;
Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzu olunandır, ingilis dili -arzu olunandır;
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
Dəqiqlik və məsuliyyətlilik;
Sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri:
Müddəti başa çatmaq üzrə olan sığorta müqavilələri ilə bağlı müştərilərlə əlaqə saxlamaq və onların yenilənməsi prosesini idarə etmək;
Nümayəndəliyin satış həcminin artırılması məqsədilə effektiv satış strategiyalarını həyata keçirmək;
Şirkətin sığorta məhsullarının təşviqi məqsədilə potensial müştərilərlə yerində fərdi görüşlər təşkil etmək və məhsullar barədə məlumatlandırma aparmaq;
Bazar araşdırmaları apararaq yeni müştəri bazalarının müəyyən olunması və onların sığorta məhsullarına cəlb olunmasını təmin etmək;
Könüllü sığorta məhsullarının satış mexanizmlərini araşdırmaq və bu sahədə effektiv satış fəaliyyəti həyata keçirmək;
Təqdim edilmiş vaxt çərçivəsində satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
Nümayəndəliyin fəaliyyət istiqamətləri üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etmək.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Naxçıvan şəhəri
İmtiyazlar: Könüllü tibbi sığorta
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satış mütəxəssisi (Naxçıvan şəhəri)) qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.