APARICI MÜHASİB

İyun 24, 2025
AZN900 - AZN1200
Müraciət sonu: İyul 21, 2025
İndi Müraciət Et

İş Təsviri

İNTEKO MMC

İş barədə məlumat
– ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
– Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
– Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
– Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi
– İş qrafiki: Həftədə 5-gün Bazar ertəsi – cümə günü (Şənbə, bazar və bayram günləri istirahət)
– İş saatı: 09:30-dan -17:30-dək .
– Ünvan: Nərimanov rayonu, Montin plaza.

Namizədə tələblər
– Xanım namizəd tələb olunur. ( Satış və istehsal sahəsini bilən şəxslərə üstünlük veriləcəkdir)
– Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
– Minimum 3 il iş təcrübəsi
– Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
– Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
– Məsuliyyət, düzgünlük, analitik düşünmə bacarığı, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Peşəkar mühasib sertifkatı. (arzu olunandır.)

Qeyd: Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi şəkil əlavə etməklə göstərilən e-mail ünvana göndərə bilərsiniz.Məktubun mövzusunda “aparıcı mühasib” qeyd etməyiniz xahiş olunur.