PROMO MƏHSULLARI ÜZRƏ KATEQORİYA MÜTƏXƏSSİSİ

İyun 25, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: İyul 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Antaris QSC

İş barədə məlumat
– İş günlərinin sayı 6 gün; (şənbə: 10:00-14:00)
– İstirahət günü həftədə 1 gün (bazar- istrahət günü);
– Əmək haqqı: Maaş + Bonus (ümumi aylıq gəlir 1500 – 2500 AZN arası)
(Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır)
– Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;
– Promo məhsullar üzrə satış strategiyasının hazırlanmasında iştirak və illik satış planının tərtibi;
– Bazar və müştəri araşdırmalarının aparılması, potensial müştərilərlə əlaqələrin qurulması;
-Müştəri görüşlərinin təşkili, nəticələrin sənədləşdirilməsi və izlənməsi;
-Satış proseslərinin koordinasiyası: sifarişlərin qəbulu, icrası və müştəri məlumatlandırması;
-Marketinq və reklam fəaliyyətlərinin təşkili, virtual təqdimat materiallarının hazırlanması;
-Stok və məhsul planlamasının aparılması, satış analizlərinin hazırlanması;
– Aylıq/həftəlik hesabatların hazırlanması və təqdim olunması;
– İstehsalat və tədarük proseslərinə nəzarət, satınalma şöbəsi ilə koordinasiya.

Namizədə tələblər
– Ali təhsil
– Yaş həddi: 20–35
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
– Promo məhsulların satışı və ya B2B satış sahəsində təcrübə
– Dil bilikləri: Azərbaycan, rus dili (əla), İngilis dili (arzuolunan)
– Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
– Planlama və analiz qabiliyyəti
– Dinamik, məsuliyyətli və təşəbbüskar olmaq
– Şəxsi və peşəkar inkişafa açıq olmaq