XARİCDƏ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS

İyun 25, 2025
AZN500 - AZN600
Müraciət sonu: İyul 25, 2025
İndi Müraciət Et

İş Təsviri

EGE GROUP

İş barədə məlumat
– Xaricdə təhsillə bağlı yenilikləri araşdırmaq və vaxtında tətbiq etmək.
– Xarici universitetlərlə əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirmək.
– Xaricdə təhsil xidmətləri üzrə müştəri müraciətlərini qəbul etmək və konsultasiya xidmətləri göstərmək.
– Tələbələr və ya valideynlərlə müntəzəm əlaqə saxlayaraq görülən işlər barədə məlumatlandırmaq.
– Əməkhaqqı: maaş + bonus sistemi. İş qrafiki:
– Bazar ertəsi – Cümə: 10:00-dan – 19:00-dək (nahar fasiləsi 13:00-dan – 14:00-dək).
– Şənbə: 10:00-dan – 15:00-dək.
– Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanır.
– İş yeri: Caspian Business Center.

Namizədə tələblər
– Xanım namizədlər
– Ali təhsil.
– MS Office (Word və Excel) proqramlarında işləmək bacarığı.
– Rus dili biliyi minimum B2 səviyyəsində olmalıdır.
– Azərbaycan dilində səlis danışıq, geniş dünyagörüşü, məqsədyönlü və peşəkar yanaşma.
– Tələbələr və valideynlərə dəqiq və dolğun məlumat təqdim edə biləcək əla ünsiyyət bacarığı.
– Güclü araşdırma və satış qabiliyyəti.
– Sosial mediada aktiv işləmək bacarığı.
– Universitetlərə müraciətlərin başlanğıc və son tarixlərini izləyərək, müraciət proseslərini vaxtında və düzgün şəkildə tamamlanması.
– Universitetlərin müraciət portallarında dəqiq və səlis əməliyyatlar aparmaq.
– Qəbul almış tələbələrin universitet qeydiyyatını həyata keçirmək.
– Onlayn və ya oflayn konsultasiyalarda məlumatı effektiv şəkildə təqdim etmək və yüksək satış bacarığı nümayiş etdirmək.
– Televiziya və sosial şəbəkələrdə reklam çəkilişlərində iştirak etmək

Şəkilli CV-nizi “Xaricdə təhsil mütəxəssisi” başlığı ilə cv@egegroup.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibə mərhələsinə dəvət ediləcəklər.