İş Təsviri
A+CO ASC
Vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək (P&L, BS, PVHH);
Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
Cari xərclərin yaxlanılması və təstiq olunması;
Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
Büdcə hesabatlarının hazırlanması və təstiq edilən büdcə hesabatlarının izlənməsi;
Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
Malların marjinallığının hesablanması və təhlil edilməsi;
Tələb olunan digər İdarəetmə hesabatlarını hazırlaması;
Maliyyə-təsərrüfat əməliyyatlarının təhlili.
Tələblər:
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il;
Təhsili/ixtisası: Ali iqtisadi təhsil;
Təlim və kurslar: ACCA – F3, F7;
Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramı (üstünlük verilir);
Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür;
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə).
İş şərtləri:
İş rejimi: 5 gün 08:00 – 17:00;
İş yeri: Xırdalan şəhəri;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Maliyyə Analitiki” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.