Tender assistenti

Müraciət sonu: İyul 24, 2025
İndi Müraciət Et

İş Təsviri

RAMMA

Namizədə olan tələblər:

Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə)
Tender qanunvericiliyi və prosedurları barədə əsas biliklər
MS Office proqramları (xüsusilə Word və Excel) ilə sərbəst işləmək bacarığı
Yüksək məsuliyyət və diqqətlilik
Yaxşı ünsiyyət bacarığı və komandada işləmək qabiliyyəti
İşdə təşəbbüskarlıq və vaxtı effektiv idarəetmə bacarığı
Üstünlük sayılacaq:

Tender sahəsində ən azı 1 il iş təcrübəsi
Elektron satınalma sistemlərindən istifadə bacarığı (məsələn, etender.gov.az)
Ağır texnikalar və texniki sahə üzrə ümumi anlayış
Vəzifə funksiyaları:

Dövlət və özəl sektorda elan olunan tenderlərin gündəlik monitorinqi
Tender sənədlərinin hazırlanması və təqdim olunmasında iştirak
Tender prosesinə uyğun olaraq tələb olunan sənədlərin (təklif məktubları, qiymət təklifləri, arayışlar və s.) düzgün tərtib olunması
Müvafiq dövlət qurumları və təşkilatlarla yazışmaların aparılması
Tenderin gedişi ilə bağlı daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Tender nəticələrinin arxivləşdirilməsi və analiz edilməsi
İş şərtlərimiz:

İş qrafiki: 5 gün;
İş saatları: 08:30-17:30;
Karyera inkişafı imkanları;
Ünvan: Lökbatan Dairesi Salyan Şossesi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə assistent” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.