İş Təsviri
HZ Qida Məhsulları MMC
İş barədə məlumat:
Bank və kassa əməliyyatlarının aparılması
Debitor və kreditor borcların, nəğd vəsaitlərinin mal qalığının, gəlir və xərclərin uçotunun həyata keçirilməsi
Debitorlarla üzləşmə aktlarının hazırlanması və kontragentlərin borc qalıqlarının yoxlanılması
Hesabların müxabirləşməsini nəzarət edilməsi və uyğunsuzluqların aradan qaldırılması
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək və onların hərəkətinin düzgünlüyünə nəzarət etmək
Əmək haqqı, məzuniyyət və ezamiyyələrin hesablanması və ödənilməsi
Dövrü və illik hesabatların hazırlanıb təqdim edilməsi
Öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər işlərin icra edilməsi.
Namizədə tələblər:
Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi
1C və Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı
Dəqiq və məsuliyyətli
Analitik düşünmə qabiliyyəti
İdarəetmə bacarığı
İş şərtləri:
İş yeri: 8 Noyabr PR., H.Aslanov qəs., Rövşən Hüseynov 14
İş qrafiki: 5 günlük
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.