İT texniki dəstək üzrə Mühəndis (Cəlilabad, Kürdəmir, Lənkəran, Zaqatala və Tovuz Regional Poçt Filialı)

İyun 27, 2025
Müraciət sonu: İyul 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Azərpoçt

Vəzifə öhdəlikləri:

İstifadəçilərin texniki müraciətlərinə cavab vermək, problemləri məsafədən və ya yerində aradan qaldırmaq;
Kompüter avadanlıqlarının ilkin diaqnostikası və nasazlıqların aradan qaldırılması;
Əməliyyat sistemlərinin (Windows və s.) quraşdırılması, sazlanması və bərpası;
Ofis proqram təminatının (MS Office və s.) quraşdırılması və istifadəçilərə dəstək;
İstifadəçilər üçün tətbiqi proqram təminatının quraşdırılması, sazlanması və yenilənməsi;
Şəbəkə bağlantısının yoxlanılması, nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının (router, modem) ilkin konfiqurasiyaların edilməsi və quraşdırılması;
Antivirus sistemlərinin quraşdırılması və yenilənməsi;
Printer, skaner və digər periferiya avadanlıqları ilə bağlı texniki dəstək göstərilməsi;
Yeni iş yerlərinin hazırlanması və avadanlıqların quraşdırılması;
HelpDesk/ServiceDesk sistemində texniki sorğuların (ticket-lərin) qeydiyyatı, prioritetləşdirilməsi, idarə olunması və mərhələli həlli;
Müxtəlif proqram təminatları üzrə istifadəçi dəstəyi göstərilməsi və təlimatlandırma;
Texniki avadanlıqların və proqram təminatlarının uçotunun aparılması;
Texniki layihələrin həyata keçirilməsində iştirak (məsələn, yeni ofis açılışı, texniki modernizasiya və s.);
Mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və onların yerinə yetirilməsində iştirak;
Strukturlaşdırılmış kabel sistemində ilkin diaqnostikanın aparılması, kabel xətlərinin test edilməsi;
RJ-45 konnektorlarının crimping və montajı;
Texniki sənədləşmənin və konfiqurasiya sxemlərinin aparılması, yenilənməsi və müntəzəm saxlanılması;
Tətbiqi proqram təminatının (yerli proqramlar daxil olmaqla) quraşdırılması və konfiqurasiya edilməsi;
Vəzifə üzrə tələblər:

Ali təhsil (İT sahəsində üstünlük verilir);
Texniki sənədlərlə işləmə bacarığı;
Texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi;
Kompüter, printer, şəbəkə avadanlıqları və proqram təminatı ilə işləmə bacarığı;
Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
LAN şəbəkələri üzrə ilkin anlayışların və troubleshooting bacarıqlarının olması;
Active Directory və domen mühitində iş təcrübəsi arzuolunandır;
Şəbəkə kabellərinin montajı və diaqnostikası üzrə praktiki bacarıqlar (crimping, test device ilə yoxlama);
Ünsiyyət qurma, stressə davamlılıq və komanda ilə işləmək bacarığı.
Zəruri hallarda digər filiallara getmək imkanı.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İT texniki dəstək üzrə Mühəndis” və Filialı qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.