İş Təsviri
ATEF Şirkətlər Qrupu
İş şəraiti
5 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Əmək haqqı: 800 AZN
İş barədə məlumat
İşçilərin aylıq əmək haqlarını hesablamaq;
Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
Tələblər:
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Hesabatların auditini bacarmalı;
Analitik düşünmə qabiliyyəti olmalı;
Azərbaycan və rus dili bilikləri;
Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyyəti;
Ezamiyyə imkanları;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşması;
Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.
Qeyd: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan namizədlərə üstünlük veriləcəkdir.