İş Təsviri
Kənd Təsərrüfatı Nazirliyi
İş yeri: Balıqçılıq və Akvakultura Mərkəzi PHŞ, Bakı
İş barədə məlumat:
Komandamıza Baş Mühasib vəzifəsinə peşəkar və məsuliyyətli mütəxəssis axtarır. Vəzifənin əsas məqsədi maliyyə və mühasibat uçotunun dəqiq və şəffaf aparılmasını təmin etmək, aidiyyəti dövlət orqanlarına hesabatların düzgün təqdim olunmasına nəzarət etməkdir.
Əsas vəzifə öhdəlikləri:
Maliyyə və mühasibatlıq sisteminin qanunvericiliyə uyğun qurulması və idarə olunması
Mühasibat uçotunun düzgün aparılması, maliyyə əməliyyatlarının sənədləşdirilməsi
Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
İllik büdcənin hazırlanması və icrasına nəzarət
Audit proseslərinin təşkili və nəticələr üzrə tədbirlərin görülməsi
Maliyyə axınlarının və xərclərin təhlili, rəhbərliyə hesabatların təqdim edilməsi
Mühasibatlıq komandası ilə işin təşkili və peşəkar inkişafının təmin edilməsi
Tələblər:
Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə)
Peşəkar Mühasib Sertifikatı (PMS) – İctimai sahə üzrə (AR Maliyyə Nazirliyi tərəfindən verilmiş)
Mühasibatlıq sahəsində 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyini yüksək səviyyədə bilmək
BTP, e-gov, e-taxes və digər müvafiq proqramlarda işləmək bacarığı
Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
Komandada işləmək və liderlik bacarığı
Üstünlük sayılacaq:
Dövlət sektorunda və ya publik hüquqi şəxslərdə iş təcrübəsi
ACCA, CPA və ya digər beynəlxalq mühasibat sertifikatlarının olması
Təklif edirik:
Stabil və şəffaf əmək münasibətləri
Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir)
Peşəkar inkişaf və təlim imkanları
Sosial təminat və qanunvericiliyə uyğun iş şəraiti
Müraciət qaydası:
CV-lərinizi və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Baş Mühasib” qeyd olunmalıdır.