Baş mühasib

İyun 30, 2025
AZN2000 - AZN2500
Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Quba Palace Hotel

Vəzifə öhdəlikləri:

Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparmaq;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
Vergi,Sosial Fond,statistika hesabatlarını müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasını həyata keçirmək;
Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,Anbar qalıqlarının hərəkətinə ciddi nəzarət etmək
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Hesabatların düzgün şəkildə verilməsi
Namizədlərin Otel,restoran sahəsindən anlayışı olması üstünlükdür
Namizədə aid tələblər:

Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
PMS Sertifikatı üstünlükdür.
Müvafiq sahədə 3 il və üzəri iş təcrübəsi;
MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
Əlavə məlumat:

İş qrafiki: 6 gün
Gündə 3 dəfə qidalanma, telefon xərclərini şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 2000-2500 AZN net
İş yeri – Quba şəhəri (Quba Palace Hotel)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.