Baytar həkim

İyun 30, 2025
Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

ATENA
Vəzifə öhdəlikləri:

İribuynuzlu heyvanların (inəklərin) gündəlik tibbi baxışını təşkil etmək;
Xəstə heyvanların vaxtında aşkarlanması və müalicəsi;
Profilaktik tədbirlərin (vaksinasiya, dezinfeksiya və s.) həyata keçirilməsi.
Baytarlıq təqviminə əsasən heyvanların mütəmadi vaksinləşdirilməsi.
Doğumların nəzarətdə keçirilməsi, distosiya (çətin doğuş) zamanı müdaxilə.
Yeni doğulmuş buzovların ilkin tibbi müayinəsi və peyvəndlənməsi.
Xəstəlik halları, müalicə üsulları, istifadə edilən dərmanlar üzrə gündəlik və aylıq hesabatların hazırlanması.
Baytarlıq dərmanlarının qeydiyyatı, saxlanması və istifadə qaydalarının tənzimlənməsi.
İynə, şpris, sterilizator və digər tibbi avadanlıqların təmizliyi və düzgün saxlanılması.
Yoluxucu xəstəliklərin qarşısının alınması, baş verərsə təcili tədbirlərin görülməsi.
Yeni gətirilən heyvanların karantinə alınması və müayinəsinin təşkili.
Namizədə dair tələblər:

Baytarlıq üzrə ali və ya orta ixtisas təhsili.
5 ildən artıq eyni vəzifədə iş təcrübəsi.
Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında praktiki təcrübə.
Baytarlıq dərmanlarının istifadəsi və doza hesablanması sahəsində biliklər.
Kompüterdə hesabatların hazırlanması bacarığı (MS Excel, Word).
Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.
Şərtlər:

İş yeri: Ağcəbədi rayonu, Ağabəyli kəndi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir
Əmək haqqı razılaşma yolu ilə
İşçi ev ilə təmin edilir
Nahar və korporativ nömrə şirkət hesabına
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməkləri xahiş edilir.