AUDİTOR KÖMƏKÇİSİ TƏCRÜBƏÇİ

İyul 1, 2025
AZN400 - AZN500
Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

Abacus Audit &Consulting

İş barədə məlumat
– Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
– Maliyyə auditi yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək
– Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını və konfidensiallığını təmin etmək
– Maliyyə auditi hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması
– Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
– İş qrafiki- 09.00 dan-18.00 dək
– 5 günlük iş rejimi, şənbə , bazar istirahətdir
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Əmək haqqı 400-500 Azn (vakantın səriştə və bacarığindan aslı olaraq ).

Namizədə tələblər
– İqtisadiyyat,Mühasibatlıq,Audit ,Maliyyə sahəsi üzrə Ali təhsili olanlara üstünlük veriləcəkdir
– Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA F3-F7) ilkin mərhələlərini bitirməsi üstünlükdür
– Dil bilikləri: Azərbaycan və İngilis dili
– Yaş həddi: 21-25
– İşçi heyəti ilə düzgün münasibətdə olmalı
– Eyni vaxtda bir neçə işi görməyi bacarmalı
– Audit sahəsinə aid nəzəri biliklər;
– Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
– Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi zemfira.zeynalova@abacusaudit.az elektron ünvanına Mövzu hissəsində “Auditor köməkçisi təcribə ” qeyd etməklə göndərmələri xahiş olunur.