IT business analytics

Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

Araz Supermarket

Tələblər:

Ali təhsil – (Kompüter elmləri, informasiya texnologiyaları və.s);
Dil bilikləri – Rus dili, İngilis dili üstünlükdür;
İş təcrübəsi – 2 il;
Fikrini səlis və dəqiq təqdimetmə bacarığı, texniki və qeyri-texniki komandalarla işləmək bacarığı, BPMN üzrə irəli səviyyə, UML üzrə orta səviyyə biliklər, Wireframe və prototipləmə alətləri ilə (Figma, Balsamiq və s.) işləmək təcrübəsi;
Çevik düşüncə və dəyişkən prioritetlərə adaptasiya bacarığı, müxtəlif düşüncə və mədəniyyətə sahib insanlarla ünsiyyət qurmaq bacarığı, liderlik təşəbbüsü və məsuliyyətli iş münasibəti:
Vəzifə öhdəlikləri:

Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, müştəri ilə razılaşdırılması;
Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi; Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
Səhifə eskizlərinin hazırlanması;
Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması (BRD və SRS sənədlərinin hazırlanması);
Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;
İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması:
Təminatlar:

Nahar təminatı;
Servis xidməti;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “IT business analytics” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.