Hüquqşünas

Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Predsol

Vəzifə öhdəlikləri:

Layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
Daxili korporativ aktların, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
Rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
Təhsil/Təcrübə:

Ali hüquq təhsili;
Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi;
Azərbaycan, Rus və ingilis dili bilikləri (təcrübəli istifadəçi);
Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər.
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
İşgüzar və məsuliyyətli olmalı.
Əlavə məlumatlar:

İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək.
İş yeri: Yasamal rayonu, 1C Mikayıl Müşfiq, Badamdar Hotel & Residences.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.