Korporativ hüquqşunas

Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Avant Group

Vəzifə funksiyaları:

Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq;
Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək;
Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak etmək;
Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirləri görmək;
Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq.
Vəzifəyə olan tələblər:

Ali hüquq təhsili olmalı.
Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı.
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı.
Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı.
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli.
Əlavə məlumat:

İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək Haqqı: 800-1000 azn net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Korporativ hüquqşunas” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.