İnformasiya təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssisi

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Təklif etdiyimiz imkanlar:

Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:

Təhsil: Ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri və ya əlaqəli sahədə);
Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində 1 il iş təcrübəsi;
Texniki biliklər:
ISO 27001 və NIST kimi əsas təhlükəsizlik standartları barədə ümumi anlayış;
SIEM, IDS/IPS, DLP kimi təhlükəsizlik alətləri ilə tanışlıq;
Məlumatların qorunması və konfidensiallığın təmin olunması ilə bağlı əsas biliklər;
Bulud platformaları (məsələn, Microsoft Azure, AWS) ilə ilkin tanışlıq;
Təhlükəsizlik üzrə arxitektura və mühəndislik konsepsiyaları barədə ümumi anlayı;
Təhlükələrin təhlili və ilkin forensika metodları haqqında məlumatlılıq.
Şəxsi bacarıqlar: Analitik təfəkkür, ünsiyyət, komandada işləmə, vaxtın və stresin idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:

İnformasiya təhlükəsizliyi siyasətlərinin tətbiqində dəstək göstərmək və aidiyyəti sənədlərin hazırlanmasına kömək etmək;
Təhlükəsizlik risklərinin və zəifliklərin ilkin analizində iştirak etmək, aparılan yoxlamalara texniki və inzibati dəstək vermək;
Təhlükəsizlik insidentləri barədə ilkin məlumatların toplanması, sənədləşdirilməsi və araşdırmalarda iştirak;
ISO 27001, NIST və digər standartlara uyğun fəaliyyətlərdə komandaya dəstək vermək və uyğunluq proseslərini müşahidə etmək;
Maarifləndirmə və daxili təlim proqramlarının təşkili və icrasında iştirak, təqdimatların hazırlanmasında dəstək;
Təhlükəsizlik alətləri (SIEM, DLP, AV və s.) üzrə ilkin monitorinq aparmaq və qeydləri analiz etməkdə iştirak;
Müxtəlif şöbələrlə koordinasiya edərək təhlükəsizlik qaydalarının icrasını izləmək və istifadəçilərə texniki dəstək göstərmək.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).
Seçim mərhələləri:

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciətlərin nəzərdən keçirilməsi
Müsahibə
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!