İş Təsviri
STP Global Cable
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
Müvafiq sahədə 5 il iş təcrübəsi;
Ali təhsil;
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
AvtoCad və E-Plan üzrə sərbəst işləmə təcrübəsinə mailik;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
Plan normanın (qiymətləndirmə üçün material siyahısının) hesablanması;
Faktiki normanın (material sərfiyyatlarının) və işçilik normalarının hesablanması;
Hazır məhsulların siyahısının ERP sisteminə işlənilməsi üçün planlamaya təqdim edilməsi;
İstehsal silgilərinin aparılması üçün planlamaya material siyahısının təqdim edilməsi;
Layihələrin sorğular və istehsalat üzrə hesabatlarının hazırlanması;
Layihələrin satış və layihələndirmə bölməsi arasında koordinasiya edilməsi;
Layihələrin istehsal prosesinin izlənilməsi;
Satınalma tələblərinin açılması üçün siyahının tərtib edilməsi və satınalma bölməsinə məlumatların təqdim edilməsi.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-normallaşdırıcı” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.