Hüquqşünas üzrə işçi (Gəncə şəhəri)

Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Bus

Vəzifə öhdəlikləri:

Mülki, əmək, korporativ və inzibati hüquq sahələri üzrə qanunvericiliyi yüksək səviyyədə bilmək və tətbiq etmək;
Cəmiyyətin hüquqi maraqlarını qorumaq məqsədilə hüquqi sənədləri hazırlamaq, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəsmiləşdirmək;
Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, qanunvericiliyə uyğunluğunu qiymətləndirərək rəy vermək;
Rəhbərlik və digər struktur bölmələr tərəfindən daxil olan hüquqi sorğuları cavablandırmaq və məsləhətlər vermək;
Daxili normativ sənədlərin (qayda, təlimat, prosedur və s.) hazırlanmasında iştirak etmək;
Hüquqi fəaliyyətlə bağlı gördüyü işlər üzrə mütəmadi hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Cəmiyyətin fəaliyyətində gələcəkdə yarana biləcək hüquqi risklərin müəyyən edilməsi və qarşısının alınması ilə bağlı təkliflər hazırlamaq;
Zərurət olduqda Cəmiyyətin dövlət orqanlarında, məhkəmələrdə, notariat və digər icra qurumlarında hüquqi təmsilçiliyinin həyata keçirilməsi.
Vəzifə tələbləri:

Ali təhsil (Hüquqşünas);
35 – 50 yaş arası namizədlər;
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və ingilis dili arzuolunandır;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
Analitik düşünmə və təhlil etmə bacarığı;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək bacarığı;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
Yüksək yazılı və şifahi ifadə bacarığı;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
Müstəqil və komanda ilə işləmə bacarığı;
İş şəraiti:

İs yeri: Gəncə şəhəri;
İş günləri: 5 gün;
İş vaxtı: 09.00-18.00;
Peşəkar,mehriban komandada iş;
Karyera yüksəlişi üçün perspektiv;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.