İş Təsviri
A – Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Vəzifələr:
İstifadəçilərə texniki dəstək göstərmək (kompüterlər, proqram təminatı, printerlər və s.);
Tələb/tiket sistemində müraciətlərin qeydiyyatı və cavablandırılması;
Kompüter və digər avadanlıqların quraşdırılması və texniki xidməti;
IT siyasətləri və informasiya təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
Sadə informasiya təhlükəsizliyi insidentlərinin aşkar edilməsi, araşdırılması və onların təkrar baş verməsinin qarşısının alınması;
İT xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə sistem administratoru və xarici texniki tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq;
İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi prosesində (o cümlədən “phishing”, şübhəli linklər və digər kiber təhdidlər haqqında) iştirak etmək.
Tələblər:
IT sahəsində minimum 3 il iş təcrübəsi;
Windows əməliyyat sistemi, Microsoft Office proqramları, antivirus proqramları ilə işləmək bacarığına malikəm;
Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;
Aşağıdakı informasiya təhlükəsizliyi mövzularında ümumi anlayış:
“Phishing” və iki faktorlu autentifikasiya anlayışları, ehtiyat nüsxələrin əhəmiyyəti;
Son istifadəçi səviyyəsində informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi və nəzarəti (giriş icazələri, hüquqlar, şifrələr, istifadəçi hesabları).
Texniki məsələləri sadə və aydın şəkildə izah etmə bacarığı;
Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq.
Üstünlük hesab olunur:
“PowerShell” və ya digər skriptlərlə işləmə bacarığı;
Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
IT təhlükəsizliyi layihələrində iştirak.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur
Maraqlanan şəxs CV-ni, mövzuda “It üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.