İş Təsviri
STP Global Cable
Bizim üçün uyğun namizəd:
Müvafiq sahədə 7-10 il iş təcrübəsi;
Ali təhsil;
AutoCad proqramında sərbəst işləmək bacarığı;
Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
Kabel istehsalı prosesində istifadə olunan mexaniki avadanlıqların (ekstruziya aparatları, tel çəkən maşınlar, bobin maşınları, kəsici qurğular və s.) vaxtında və keyfiyyətli təmir və texniki xidmətini təmin etmək;
Kabel istehsal xəttlərinin fasiləsiz işləməsi üçün profilaktik baxış və preventiv təmir işlərini planlaşdırmaq və həyata keçirmək;
Mexanik işçi heyətinin iş qrafikini hazırlamaq, işlərin düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə diaqnoz etmək, səbəblərini müəyyənləşdirmək və təmir prosesini təşkil etmək;
İstehsal prosesinə uyğun olaraq, mexaniki avadanlıqların texniki parametrlərinin saxlanmasını təmin etmək;
Ehtiyat hissələrinin düzgün və vaxtında təmin olunması üçün əlaqələri idarə etmək və ehtiyat hissələrinin inventarını izləmək;
Yeni avadanlıqların quraşdırılması və işə salınması zamanı texniki dəstək vermək;
İşçi heyətinə mexaniki avadanlıqların düzgün istifadəsi, təhlükəsizlik qaydaları və qəza hallarında tədbirlər barədə təlim keçmək;
Zavodda iş təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
Mexanik sahə üzrə yaranan problemlər, görülən işlər və gələcək planlarla bağlı rəhbərliyə hesabat təqdim etmək;
İstehsalın optimallaşdırılması və avadanlıqların səmərəliyinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mexanik” yazaraq HRGlobal@stp.az elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.