Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi

Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

İş yeri:

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
Sahə üzrə minimum 2 il iş təcrübəsi
Dil bilikləri: İngilis dili – yaxşı
Kompüter bilikləri: Microsoft Office – yüksək
Aktuari şəhadətnaməsinin olması arzuolunandır
Bacarıqlara dair tələblər:

Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Nəticəyönümlülük
Analitik düşünmə qabiliyyəti
İşin təsviri:

Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Tibbi xidmətlərin siyahısının və tariflərinin dövri olaraq reviziyası və optimallaşdırılması;
Tariflərin iqtisadi cəhətdən səmərəliliyinin, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyətinin araşdırılması;
Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması və ya azaldılması;
Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq;
Aylıq, rüblük, illik hesabatların hazırlanması;
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV-lər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.