İş Təsviri
Climaservice Baku MMC
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat – 6 günlük
Əsas vəzifələr:
Layihə rəhbərinə inzibati və texniki dəstək göstərmək
ERP sistemində layihə ilə bağlı məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək
Texniki təkliflərin hazırlanmasına yardım etmək
Layihələrin gedişatını izləmək və hesabatların hazırlanmasına dəstək vermək
Tapşırıqların yerinə yetirilmə müddətinə nəzarət etmək və gecikmələri izləmək
Təchizat və podratçılarla ilkin əlaqə və yazışmaların təşkili
Gündəlik görüşlərin təşkili və protokolların hazırlanmasında iştirak
Layihə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və elektron qaydada idarə olunması
Müştəri və tərəfdaşlarla texniki yazışmalarda iştirak
Rəhbərliyin göstərişlərinə uyğun digər əlaqəli işlərin yerinə yetirilməsi
Tələblər:
Ali təhsil (mühəndislik, layihə idarəçiliyi və ya əlaqəli sahələr üzrə)
İngilis dili biliyi üstünlükdür.
MS Office proqramlarında (xüsusilə Excel və Word, Outlook) peşəkar səviyyədə işləmək bacarığı
Təşkilatçılıq, məsuliyyətlilik və dəqiqlik
Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq
Texniki sahədə minimum 1 il iş təcrübəsi
Xanım namizədlər
Təklif etdiyimiz şərtlər:
Rəsmi əmək müqaviləsi və tam sosial təminat
ERP mühitində işləmək və inkişaf etmək imkanı
Müasir ofis və mehriban kollektiv
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcəkdir.
İş saatı: 08:30 – 17:30 (bazar ertəsi – cümə, şənbə qısaldılmış iş günü)
Qeyd: Ancaq elana uyğun namizədlər CV ilə müraciət etsin.
Müraciət:CV-lərinizi mövzu hissəsində “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.