Smeta mühəndisi

İyul 7, 2025
Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Vəzifə Öhdəlikləri:

Layihə sənədləri və FHN-in təsdiqlədiyi resurs smetası əsasında ilkin və yekun tikinti smetalarının hazırlanması;
Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi;
Layihə çərçivəsində büdcə risklərinin müəyyən edilməsi və smeta dəyərinin risk analizləri ilə uyğunlaşdırılması;
Layihə spesifikasiyaları ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması;
Smetaya dair dəyişikliklərin sənədlərə vaxtında və düzgün şəkildə inteqrasiyası;
Podratçı və ya üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilən smetaların texniki və normativ uyğunluq baxımından yoxlanılması və arayışların hazırlanması;
Tikinti sahəsində faktiki iş həcmlərinin və materialların ölçülməsi, cədvəl və hesabatların tərtibi;
Tikinti-quraşdırma və təmir işlərinin real bazar qiymətləri ilə qiymətləndirilməsi;
Tikinti obyektlərinin yenidən qurulması və ya təmir olunması üçün titul vərəqələrinin hazırlanmasında iştirak;
Namizədə Tələblər:

Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi;
Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilmək;
FHN-in resurs smeta sistemində sərbəst işləmək bacarığı mütləqdir;
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, 1C, Smeta+ ,Resurs smeta və digər profil proqram təminatları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsinə «Smeta mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər