İş Təsviri
Bakı Gəmiqayırma Zavodu MMC
İş barədə məlumat
İşin təsviri
– Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən izolyasiya və qablama işlərinin həyata keçirilməsi.
– Əmək haqqı: 700-900;
– İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
– İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır;
– Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
– Sığorta təminatları təmin edilir.
Vəzifə öhdəlikləri:
– İzolyasiya materiallarını tanımalı;
– İzolyasiya quraşdırma standartlarını bilməli;
– İzolyasiya və zinq metalının vurulması metodu barədə təcrübəli olmalı;
– İşlə bağlı çertyoj və planı oxumağı bilməli, izah etməyi bacarmalı;
– Materialların düzgün ölçülməsini, kəsilməsini, formalaşdırılmasını və yerində quraşdırılmasını bacarmalı;
– Sahə ilə bağlı əl alətlərindən mükəmməl istifadə etmə bacarığı;
– Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli;
-Ona təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
– Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli.
Namizədə tələblər
– Müvafiq sahədə 3 illik iş təcrübəsi;
– İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı;
– Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı;
– Sahəyə dair təhsil və gəmi və platforma sahəsində təcrübə üstünlükdür.