İş Təsviri
Norm OJSC
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Mexanika mühəndisliyi və ya əlaqədar texniki ixtisaslar üzrə ali bakalavr təhsili
Bu və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi
Elementar səviyyədə ingilis və rus dili biliyi
MS Office komputer proqramı üzrə bacarıqlar
SAP biliyi
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
Zavodun ərazisində olan bütün avadanlıqlarda periodik olaraq vibrasiya ölçümlərinin aparılması və analizlərin aparılması.
Zavodun ərazisində olan bütün elektrik avadanlıqlarda periodik olaraq termoqrafik istilik ölçümlərinin aparılması, analizlərin aparılması və hesabatların hazırlanması.
Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
Ərazidə yerinə yetirilən elektrik təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
Avadanlıqlarda ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
Biz nə təklif edirik:
Korporativ tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.