İş Təsviri
HERO Projects & Design
İsitmə Ventilyasiya və Kondisionerləşdirmə (İVK), Su Təchizatı və Kanalizasiya (SK) (Ümumi olaraq MEXANİKA) sistemləri üzrə Layihəçi Mühəndis vakansiyasını elan edir.
Namizədə tələblər:
Ali təhsil (müvafiq sahədə);
Mühəndis vəzifəsində iş təcrübəsi;
Kompüter bilikləri – MS ofice, Word, Excell, AutoCAD, (Revit müəyyən qədər)
Dil bilikləri – Azərbaycan, Rus; (Rus dili önəmlidir) və ya İngilis dili (Rus və ya İngilis dili hər hansısa biri olmalıdır)
Komandada işləmək bacarığı.
Koordinasiya bacarigi
İş yeri:
Bakı şəhəri. Xetai m / Demirchi Tower/
İş vaxtı: I-V günlər
Əsas vəzifə və öhdəliklər:
Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun İsitmə Ventilyasiya və Kondisionerləşdirmə sistemlərini işlərini layihələndirmək;
Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Uyğun namizədlər, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana CV göndərə bilərlər.