İş Təsviri
Azericard
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: “Hüquq departamentinin direktoru”
Tələblər:
Ali hüquq təhsil;
İdarəçilik sahəsində 3 il iş təcrübəsi;
Layihənin və komandanın idarə olunmasının əsas prinsipləri haqqında anlayışlar;
Keyfiyyətli dəyişikliklərin qiymətləndirilməsi bacarığı;
Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
Rus və inglis dil biliklər arzuolunandır;
Yaxşı ünsiyyət, fikirlərini aydın və düzgün ifadə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyətinin qanunvericiliyin və digər normativ tələblərə uyğunlaşdırılmasını təmin etmək;
Şirkət adından bağlanacaq müqavilələrin tərtib edilməsi və imzalanmasına daxili qaydalara uyğun şəkildə təmin və nəzarət etmək;
Hüquqi işlərə metodiki rəhbərlik edilməsi, struktur bölmələrə hüquqi yardım göstərilməsi, hüquqi məsələlərə dair müraciətlərin qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edilməsi;
Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirib və təhlil edilməsi üçün müvafiq bölmələrinə təqdim edilməsi;
Təsərrüfat müqavilələrinin bağlanılması işində hüquqi əsaslandırılmış rəyin verilməsi, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında iştirak edilməsi;
Hüquqi məsələlərə dair müraciətlərə cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edilməsi;
Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatların aparılması;
Qanunvericilikdə nəzərdə tutulmuş hesabatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsini təmin etmək;
Hüquqi sənədlərin qanunvericiliyə və Şirkətin fəaliyyətini tənzimləyən aktlara müvafiq qaydada tərtibinə və yenilənməsinə nəzarət;
Kargüzarlıq və arxiv işlərinin aparılmasına nəzarət.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.