ELEKTRİK (ZƏİF AXIN SİSTEMLƏRİ ÜZRƏ)

İyul 9, 2025
Müraciət sonu: Avqust 8, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Property Management

İş barədə məlumat
– Təyin edilmiş bütün elektrik işlərini standartlara uyğun olaraq yerinə yetirmək;
– Bütün elektrik paylayıcı qurğuları və paylayıcı şəbəkələr və sistemləri yoxlamaq, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
– Bütün işıqlanlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma vasitələrini yoxlamaq, dəyişdirmək, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
– Fövqəladə yaxud qəza hallarında istifadə edilən elektrik enerjisi və kəsintisiz elektrik enerjisi təminatı sistemlərinə texnik baxış keçirmək;
– Elektrik motorlarına və nəzarət panellərinə texniki xidmət göstərmək;
– Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;
– İşdə bütün SƏTƏMM norma və qaydalarından məlumatlı olmaq və onlara riayət etmək.

Namizədə tələblər
– Yaş: 20-55
– Təhsil: Orta
– İş təcrübəsi: 3-5 il
– İşində cəld və məsuliyyətli olmaq;
– Komanda ilə işləmə bacarığı;
– Elektrik kimi minimum 3+ il iş təcrübəsi;
– Yanğın siqnalizasiya və BMS sistemləri sahəsində iş təcrübəsi;
– Giriş-çıxış nəzarət və Kamera sistemləri sahəsində biliklər;
– Böyük biznes mərkəzində iş təcrübəsi üstünlükdür.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində ” Elektrik (zəif axın sistemləri üzrə)” qeyd etməklə career@pashaproperty.az e-mail ünvanına göndərə bilər. Qeyd olunan nömrədən WhatsApp ilə əlaqə saxlaya bilərsiniz (Müraciətlər yalnız yazılı şəkildə qeydə alınır)