Hüquqşünas

Müraciət sonu: Avqust 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Steel Company CJSC

Təsvir

Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
Müqavilələrə və əlavələrinə hüquqi rəylərin verilməsi;
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
Nizamnamə və ona əlavələrin, şirkətin struktur bölmələrinin əsasnamələrinin və digər korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi;
Tələblər

Təhsil: Ali (Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi) ;
Xarici dil bilikləri: Rus dili səlis;
Təcrübə: Hüquq sahəsində minimum 1 il ;
Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarığı;
Ə𝒍𝒂𝒗ə 𝒎ə𝒍𝒖𝒎𝒂𝒕𝒍𝒂𝒓:

İş qrafiki: 5 günlük iş həftəsi;
İş yeri: Bakı, Mir Cəlal küç., 15 (Dərnəgül);
Rəqabətədavamlı əmək haqqı.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.