İş Təsviri
ABS PARTNER MMC
ABS Partner MMC hüquq sahəsində təcrübəli və məsuliyyətli korporativ hüquqşünas axtarır. Namizədin müvafiq qanunvericilik biliklərinə sahib olması, analitik düşüncə tərzi və komandada işləmək bacarığı əsas meyarlardandır.
İş şəraiti
Əmək haqqı: 1500-1800 azn
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Çinar Park Biznes Mərkəzi
Tələblər:
Hüquq üzrə ali təhsil
Korporativ hüquq sahəsində minimum 2 il iş təcrübəsi
Müqavilə hüququ üzrə biliklər, Əmək, Mülki, Miqrasiya, Vergi Məcəllələri
Müqavilələrin tərtibi və hüquqi ekspertizası sahəsində təcrübə
Azərbaycan qanunvericiliyinin tələblərini dərindən bilmək
Analitik düşüncə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı
Komandada və müstəqil işləmək qabiliyyəti
İngilis dili üzrə B2 səviyyəsində bilik (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)
Vəzifə öhdəlikləri:
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və təhlili
Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin həlli və hüquqi rəyin verilməsi
Dövlət orqanları ilə yazışmaların və əlaqələrin aparılması
Daxili normativ sənədlərin hazırlanması və hüquqi uyğunluğun təmin edilməsi
Hüquqi risklərin müəyyən olunması və onların minimuma endirilməsi üzrə təkliflərin verilməsi
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.