İş Təsviri
Mars Overseas Baku
Əsas vəzifə öhdəlikləri:
Şirkət daxilində əməkdaşların təlim və inkişaf ehtiyaclarını ilə bağlı hesabatlar hazırlamaq
İllik və rüblük təlim planlarının hazırlanmasında iştirak etmək
Daxili və xarici təlimlərin təşkilini və koordinasiyasını təmin etmək
Təlim iştirakçıları ilə ünsiyyət qurmaq, onların ehtiyaclarını və rəylərini öyrənmək
Təlim materiallarının (təqdimat, qiymətləndirmə formaları və s.) hazırlanmasına dəstək olmaq
Təlim və inkişaf göstəricilərini izləmək və müvafiq hesabatlar təqdim etmək
Təlim bazasını və iştirakçı qeydlərini mütəmadi olaraq yeniləmək
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil (İnsan Resursları, Psixologiya, Biznesin İdarəolunması və ya əlaqədar sahələr üzrə)
Müvafiq sahə üzrə minimum 1 il iş təcrüəsi
Güclü təşkilatçılıq və planlama bacarıqları
Yaxşı dərəcədə ünsiyyət bacarığı və komandada işləmək qabiliyyəti
Azərbaycan dilində səlis və peşəkar nitq qabiliyyəti, İngilis dilində yaxşı səviyyədə oxuma, yazma və danışma bacarığı
MS PowerPoint proqramında peşəkar istifadə və MS Excel-də, xüsusilə Pivot Table funksiyası ilə işləmək bacarığı
Detallara diqqətli, dəqiq və vaxtında işləmə bacarığı (punktuallıq)
Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq yanaşma
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təlim və İnkişaf üzrə Kiçik Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.