Texnik (qaraj infrastrukturunun təmiri üzrə, Gəncə)

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Bus

Texnik (qaraj infrastrukturunun təmiri üzrə) vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)

Vəzifə öhdəlikləri:

Ofis və inzibati binalarda quraşdırılmış avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
Lazım gəldikdə sadə texniki nasazlıqları yerində aradan qaldırmaq;
Ərazidə yerləşən qazanxana, su anbarları və texniki binalara mütəmadi olaraq baxış keçirmək;
Qazanxanada su və qaz təzyiqinə nəzarət etmək, sərfiyyatın gündəlik qeydiyyatını aparmaq və sabitliyini izləmək;
Aşkar edilən nasazlıqları vaxtında rəhbərliyə bildirmək və onların aradan qaldırılmasına dair tədbirlər görmək;
Gündəlik və aylıq texniki hesabatların hazırlanması, qeydiyyat formalarının düzgün və dəqiq doldurulması;
Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək.
Vəzifə tələbləri:

Ali və ya texniki orta ixtisas təhsili;
Texniki avadanlıqlarla işləmək üzrə minimum 1 il iş təcrübəsi (qazanxana, nasos, təzyiq, su sistemi və s. sahələr üzrə);
Qazanxana sistemləri, su təchizatı, qaz xətləri və digər kommunal sistemlər üzrə bilik və bacarıqlar;
Avadanlıqlara texniki baxış, texniki xidmət və planlı profilaktik tədbirlərin həyata keçirilməsi bacarığı;
Texniki ölçmə cihazları və nəzarət alətləri ilə işləmə bacarığı;
Yüksək məsuliyyət, dəqiqlik və çevik qərarvermə bacarığı
Stressə davamlı və gərgin iş rejimində işləmək bacarığı;
Fərdi və komanda ilə işləmə bacarığı;
İş şəraiti:

İs yeri: Gəncə şəhəri;
İş vaxtı: növbəli iş qrafikinə uyğun;
Peşəkar,mehriban komandada iş;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.