İş Təsviri
NBA Technologies International LLC
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil;
Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
İş təcrübəsi: müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı;
Stresə davamlı, punktual, məsuliyyətli, kreativ ideyalı, işində çevik və dəqiq olması;
Komandada işləmək, problem həll etmə, öyrənmə bacarıqları;
Vəzifə öhdəlikləri:
Cari layihələrdə təkmilləşdirilmə işlərinin aparılması;
Texniki dəstəyin göstərilməsi;
Yeni layihələrin hazırlanması.
Bilik və bacarıqlar:
Proqramlaşdırma Bacarıqları:
PHP proqramlaşdırma dili üzrə peşəkar səviyyədə biliklər;
PHP – ORM (Object-Relational Mapping), MVC (Model-View-Controller), OOP (Object-Oriented Programming) prinsipləri haqqında biliklərə sahib olmaq;
Təmiz, oxunaqlı və obyekt yönümlü kod yazma bacarığı;
Mövcud layihələrin kodlarını oxuma və anlama bacarığı;
Texniki sənədləri oxuma və yazmaq bacarığı.
(Framework) və Alətlər:
PHP Laravel ilə sərbəst kodlaşdırma bacarığı;
Git və digər kod versiyasını idarəetmə sistemləri ilə işləmə təcrübəsi.
Verilənlər Bazası Bilikləri:
RDBMS (MySQL) üzrə biliklər;
ORM biliyi və optimal SQL query yazma bacarığı;
Verilənlər bazasının strukturunun layihələndirilməsi.
API və Şəbəkə Bilikləri:
REST API yazma təcrübəsi;
HTTP protokolları: HTTPS, authentication, Web Hooks, API, WebSocket üzrə biliklər.
Front-End üzrə Minimal Biliklər:
HTML, CSS və JavaScript üzrə baza biliklər;
Front-end ilə back-end arasında əlaqənin qurulması prinsiplərini anlamaq;
Texniki sənədləri oxuma və yazmaq bacarığı.
İş şəraiti
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Backend Developer” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.