İş Təsviri
Express Bank
Təsvir
Mövcud proqram təminatlarının (Core Banking) dəstəklənməsi;
Ən son texnologiyalar üzrə trendlərin proqramlaşdırmada tətbiqi;
Yeni modulların işlənib hazırlanmasında iştirak etmək;
Yeni tətbiq olunan modullarin test edib məlumat vermək;
Problemləri aşkar etmək, izləmək və düzəlişləri təmin etmək;
Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;
Bank fəaliyyətinin avtomatlaşdırılması üçün texniki tapşırığa uyğun proyektlərin hazırlanması.
Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak etmək;
Bütün Core Banking modulların 7/24 rejimdə işləkliyini təmin etmək;
Mövcud kodun dəyişdirilməsinə nəzarət etmək, kodu nəzərdən keçirmək.
Tələblər
İT sahəsində və ya texniki ixtisas üzrə ali təhsil;
Geniş istifadə olunan proqramlaşdırma dillərindən birini yaxşı səviyyədə bilmək;
Linux əməliyyat sistemini üzrə biliklər;
Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür;
T24 temenos arxitekturası üzrə biliklər arzuolunandır;
Tətbiqi sistemlərin inkişafı və optimallaşdırılması üzrə əlavə biliklər;
Jira, Confluence ilə iş təcrübəsi arzuolunandır.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Bakalavr
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Professional və maddi inkişaf perspektivləri
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Peşəkar komanda ilə işləmək fürsəti
Həyat Yığım sığortasından istifadə etmək imkanı
Hibrid iş rejimi
Remote işləmə imkanı
Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan məzuniyyət haqqı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.