İş Təsviri
AzeriMed LLC
Tələblər:
Təhsil: Elektrik sahəsi üzrə təhsil haqqında sənəd və ya sertifikat;
Təcrübə: Elektrik sahəsində iş təcrübəsi;
Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu, müasir elektrik materiallarının xüsusiyyətlərini və onlardan istifadə qaydalarını bilməli;
Məsulliyyətli, intizamlı və komandada işləmək bacarığı;
Ezamiyyətə getmək imkanı olmalı.
Vəzifə öhdəlikləri:
Vəzifə funksiyalarını və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
Avadanlıqlarla bağlı yaranmış nasazlıqları aradan qaldırmaq;
Avadanlıqların texniki baxışını həyata keçirmək.
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Əmək haqqı: 1013 AZN (Gross)
Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz