Xəzinədar (Gloria Jeans)

İyul 16, 2025
Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Sinteks Group of Companies

Sinteks Şirkətlər Qrupunda hazırda “Xəzinədar(Gloria Jeans)” vakansiyası mövcuddur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu məhsulların satışını və kassa əməliyyatı həyata keçirməkdir

Vəzifə öhdəlikləri:

Məhsulların satışının həyata keçirir və kassa əməliyyatlarını icra edir.
Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət göstərir.
Məhsulları tələb olunan miqdarda və çeşidlərdə sifariş edir.
Məhsulların silinmələr kitabında qeydiyyatını aparır.
Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak edir.
Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir.
Gün ərzində yekun hesabat aparır, inkassasiya aparır və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir.
Məsuliyyət sahəsi:

Kassa əməliyyatları
Məhsul satışı
Professional biliklər:

MS Office Proqramları
Təhsil:

Ali təhsil arzuolunandır
İş təcrübəsi:

Müvafiq sahədə 1 il təcrübə arzuolunandır
Professional bacarıq və kompetensiyalar:

Ünsiyyət bacarıqları
Komandada işləmə
Satış bacarıqları
Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar(Gloria Jeans)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.