İş Təsviri
Fresh Catering
Fresh catering şirkətinə Qida Təhlükəsizliyi üzrə inspektor tələb olunur.
İş şəraiti
Ünvan: Bir müddət Bakı şəhərində Baş ofisdə, sonra Sumqayıt şəhəri
İş qrafiki həftədə 6 gün
Yemək və forma şirkət tərəfindən verilir.
Əmək haqqı 1000-1200 azn.
Tələblər:
Yaş həddi 25-45 yaş
Qida təhlükəsizliyi sahəsində ən az 3 il iş təcrübəsi
Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
Ali təhsil (biologiya, qida təhlükəsizliyi və s.)
Azərbaycan və rus dili bilgisi vacibdir
Yüksək ünsiyyətqurma bacarığı
İşin təsviri:
Məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzarət və təmin etmək,
Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
AQTA ilə bağlı müvafiq sənədləşmələri icra etmək,
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək,
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.