SƏTƏM Mühəndisi

İyul 16, 2025
Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Veliev Group

Vəzifə təlimatı

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis əməyin mühafizəsi üzrə qabaqcıl təcrübələri istehsalatda tətbiq edir;
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edir;
İstehsalat qəzalarının baş vermə səbəblərini təhlil edir, qarşısını almaq üçün tədbirlər görür və onların həyata keçirilməsini təşkil edir;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda öz səmərələşdirici təkliflərini verir və tədbirlərin görülməsində iştirak edi;
Yeni işçilərə giriş təlimatı keçir və əməyin mühafizəsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında müəssisə rəhbərliyi ilə birlikdə iş aparır;
İşçilərə iş yerində ilkin və təkrar təlimatlar, növbədən kənar və məqsədli təlimatların aparılması və müvafiq jurnallarda qeyd olunmasını yerinə yetirir;
İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmasını təşkil edir və müvafiq jurnallarda qeydiyyatların aparılması ilə protokollaşdırır;
Şirkətdə yanğın təhlükəsizliyi sisteminin, yanğın paneli və yanğınsöndürmə avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edir;
Elektrik şəbəkələrinin və avadanlıqlarının (transformator, generator, ötürücü və s.) inspeksiyası işlərini yerinə yetirir;
Şirkətə təmir, yenidənqurma, bərpa işləri üçün və qonaq kimi gələn şəxslərə yazılı giriş təlimatının keçirilməsi və qeydiyyatının aparılmasını təmin edir;
Yeməkxanada sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarət edir, ayda bir dəfə sanitar qaydalara əsasən inspeksiya edir;
Xəsarət alan işçilərə ilkin tibbi yardımın göstərilməsi, lazım gəldikdə müayinə və tibbi yardım üçün xəstəxanaya çatdırılmasını təmin edir;
Müəssisədə ilkin tibbi yardım qutularının düzgün istifadəsi və uyğun formada olmasına nəzarət edir, istifadə müddəti bitmiş və istifadəyə yararsız olan tibbi vasitələrin kənarlaşdırılması və əvəzlənilməsini təmin edir;
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparır.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis aşağıdakıları etməlidir:
Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların tələblərini yerinə yetirmək;
Səs-küyün, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının səviyyəsinin ölçülməsinin qeydiyyatını aparmaq;
Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
İş yerlərində təlimatların vaxtında keçirilməsini təmin etmək;
İşçilərin əməyin mühafizəsi sahəsində təlimlərə cəlb edilməsi, biliklərinin yoxlanılması və attestasiyadan keçirilməsi sahəsində işləri təşkil etmək;
İstehsalatda bədbəxt hadisələrin araşdırılması və uçotunun aparılmasını yerinə yetirmək.
Namizəd üçün tələblər:

İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur
Ali təhsil;
Şəxsi nəqliyyat vasitəsinin olması
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi olması üstünlükdür);
Komanda ilə işləmə bacarığı;
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Nizam-intizamlı, məsuliyyətli olmalı.
Analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:

Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş yeri: Sumqayıt şəhəri
Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində “SƏTƏM mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.