Korporativ Hüquq istiqaməti üzrə Kiçik Mütəxəssis

Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Bank

İşiniz nədən ibarətdir?

Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
Bankın hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
Bankın xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
Bankın daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
Bankın inzibatçılarının və digər əməkdaşlarının müvafiq attestasiyadan keçmələri üçün hüquqi dəstəyin təmin edilməsi;
Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.
Sizdən nə tələb olunur?

Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi
Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (arzuolunan)
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları; Planlaşdırma və təşkilatçılıq bacarıqları; tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.