İş Təsviri
Azərşəkər LLC
Vəzifə öhdəlikləri:
Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarınin təşkili qaydalarını;
Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurguların seçilməsini;
Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməlidir.
Vəzifə tələbləri:
Müvafiq sahə üzrə Ali təhsilli;
Energetika sahəsində 5 ildən çox iş təcrübəsi;
Məsuliyyətlilik və komandada işləmək bacarığı;
Müvafiq kompüter proqramları biliyi;
Əlavə məlumat:
Struktur: Ağcabədi təsərrüfatı
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
İş yeri: Ağcabədi rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş energetik) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq