Hüquqşünas/Baş Hüquqşünas

Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Insurance

“PAŞA Sığorta” ASC namizədləri Komplayens Departamentinin, Komplayens dəstək şöbəsində, Hüquqşünas / Baş hüquqşünas vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə Şirkətin mövqeyini qiymətləndirmək;
Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib, rəy vermək;
Yeni qanunvericilik aktlarının tələblərinin icra vəziyyətinin müəyyən edilməsi, yeni tələblərə uyğun roadmap-in hazırlanması prosesində iştirak;
Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
Yeni qanunvericilik aktları, qanunvericiliyə əlavə və dəyişikliklərin komplayens risklərlə bağlı matrisə daxil edilməsi yolu ilə matrisin yenilənməsi;
Müəyyən olunmuş komplayns risklərinin əhəmiyyətinin işçilər tərəfindən mənimsənilməsi məqsədilə tədbirlər görmək (təlimlər, ikitərəfli və ya çoxtərəfli görüşlər və s.);
Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq;
Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqini təmin etmək;
Şirkətə aidiyyəti olan şəxslərlə əqdlərin qanunvericiliyə uyğun formada təsdiqi üçün tədbirlər görmək;
Şirkətlə əməliyyat aparan digər əməkdaşlarla münasibətlər zəminində müvafiq struktur bölmələr tərəfindən təqdim edilən KYC formaların doldurulması;
İdarə Heyəti, RİK və Direktorlar Şurasına hesabatların hazırlanması prosesində iştirak.
Biliklər

Təhsil: Ali-bakalavr, Hüquqşünaslıq ixtisası;
Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
Təcrübə

Hüquq sahəsində ən az 2 il təcrübə. Müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir.
Bacarıqlar

Sahə üzrə biliklər: Sığorta qanunvericiliyi; Mülki qanunvericilik; Əmək qanunvericiliyi; Digər qanunvericilik aktları
Komandada işləmək bacarığı;
Vaxtın səmərəli idarə edilməsi bacarığı;
Məntiqi və analitik düşüncə;
Təşəbbüskarlıq;
Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq göndərin.