İş Təsviri
Qala Group
Layihə: Sea Breeze ərazisində yerləşən inşaat layihəsi
İş yeri: Sea Breeze İnşaat sahəsi, Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
Azərbaycan əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və bütün HR proseslərini qanunvericiliyə uyğun icra etmək;
İşçi münasibətlərini peşəkar şəkildə tənzimləmək və şirkət maraqlarına uyğun qərarlar vermək;
İşçilərin davamiyyət prosesinə nəzarət etmək və davamiyyət uçotunu dəqiq aparmaq;
İşçilərin performansının qiymətləndirilməsi proseslərini təşkil etmək, nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
Bütün HR proseslərini vaxtında, dəqiq və düzgün şəkildə icra etmək;
Aidiyyəti şöbələrə həftəlik hesabatları tam və dəqiq şəkildə təqdim etmək;
600 nəfərdən ibarət işçi heyətinin HR proseslərinə nəzarət etmək;
Gündəlik əməliyyatlarda rəhbərlik və digər bölmələrlə sıx əməkdaşlıq etmək.
Tələblər:
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (inşaat layihələrində təcrübəsi olanlara üstünlük verilir);
Azərbaycan əmək qanunvericiliyini əla səviyyədə bilmək;
İşçi münasibətlərinin idarə edilməsində təcrübə və yüksək peşəkarlıq;
Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Güclü təşkilatçılıq, analitik düşünmə və vaxt idarəetməsi bacarıqları;
Komandada işləmək və operativ qərar vermək qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.