Mühasib

İyul 17, 2025
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Modern Construction Group

Vəzifə öhdəlikləri

İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, tabel və s.)
E-qaimələrin hazırlanması, tənzimlənməsi, izlənməsi;
Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
Gündəlik mühasibatlıq əməliyyatlarının 1C proqramı vasitəsilə işlənməsi;
Bank ödənişlərinin hazırlanması, tənzimlənməsi, izlənməsi;
Kassa sənədlərinin hazırlanması;
Gündəlik mühasibatlıq əməliyyatlarının sənədləşdirilməsi;
Satış və debitor borc hesabatın hazırlanması;
Alış və kreditor borc hesabatının hazırlanması.
Maliyyə hesabatlarının hazırlanması bilənlərə üstünlük verilir.
Namizədə tələblər

Yaş: 25-35
Cinsi: Kişi
Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
İş təcrübəsi: ən azı 2 il
Dil bilikləri: Rus dili bilmək üstünlükdür
Kompüter bilikləri: MS Office/Excel (əla), 1C: 8.3
İşə məsuliyyətli yanaşmaq;
ACCA F3 (FA) sertifikatı olması üstünlükdür
Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
İş şərtləri

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki həftənin 5 günü;
İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi,
Əmək Haqqı – 1200 azn NET
Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “ Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.