İş Təsviri
International Bank of Azerbaijan
ABB “Risk həlləri sahəsinə məhsul sahibi / aparıcı məhsul sahibi / baş məhsul sahibi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
Bank məhsullarının optimallaşdırılması və risklərin azaldılması üçün təkliflər vermək;
Biznes tələblərinə uyğun olaraq məhsulun inkişaf istiqamətini müəyyənləşdirmək;
Hər məhsul üçün roadmap və uyğun backlog hazırlamaq;
Sprint planlaması etmək və tapşırıqları sprint hədəflərinə uyğun olaraq prioritetləşdirmək;
Digər məhsul sahibləri ilə daimi əlaqə saxlamaq, kəsişən və asılı məqamları öncədən müəyyənləşdirmək və iş prosesində nəzərə almaq;
Regulyasiya tələblərini və daxili risk siyasətlərini anlayaraq, risk modellərinin uyğunluğunu və təsirini düzgün qiymətləndirmək;
Model performansı üzrə nəticələri oxumaq və təhlil etmək;
Portfolio risk analitikası və bazar meyllərinə dair ilkin təhlillləri aparmaq;
Bizim üçün uyğun namizəd:
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan;
Bank məhsulları ilə tanış olan;
Məlumat analizi sahəsində təcrübəsi və problemləri analitik həll etmə bacarığı olan;
Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları olan;
Aidiyyəti və maraqlı tərəflərə tələb və təklifləri izah etmək üçün güclü ünsiyyət və təqdimat bacarıqları olan;
Komanda ilə işləməyi və eyni anda bir neçə layihəni idarə etməyi bacaran;
Scrum və Agile metodologiyaları ilə təcrübəsi olan;
Kredit riski modelləri və onların biznes qərarlarına təsiri haqqında anlayışı olan və bu sahədə verilənləri təhlil edə bilən;
Mikro və SME kredit məhsulları üzrə təcrübəsi və ya bazar bilikləri olan;
Skorinq modellərinin hazırlanması, tətbiqi və monitorinqi proseslərinə biliyi və ya təcrübəsi olan;
Data Science və modelləşdirmə komandaları ilə işləmə təcrübəsi olan və texniki komandalarla biznes arasında tərcüməçi rolunu oynaya bilən;
Texnoloji yenilikləri izləyən və məhsul inkişafında innovativ həllər təqdim edən namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.