1C Operatoru (Xudat)

İyul 17, 2025
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Foodcity Agropark

Tələblər:

Orta və ya ali təhsil;
Müvafiq sahədə ən azı 1 il təcrübə;
MS Office proqramları;
1C ERP proqramında işləmə bacarığı (1C 8.3 üstünlükdür);
Mühasibat uçotu və ilkin mühasibat sənədlərinin aparılması üzrə biliklər;
Vəzifə öhdəlikləri:

Gündəlik satış, alış və digər təsərrüfat əməliyyatlarının 1C ERP sisteminə düzgün şəkildə daxil edilməsi;
İlkin mühasibat sənədlərinin (vergi hesab-fakturaları, qaimələr, avans hesabatları və s.) qeydiyyatı və sistemləşdirilməsi;
Debitor və kreditorlarla hesablaşmaların 1C üzərindən aparılması və nəzarətdə saxlanılması;
Xəzinə əməliyyatlarının və bank sənədlərinin sistemə daxil edilməsi və uçotununaparılması;
Anbar sənədlərinin 1C sistemində yoxlanılması, sistemlə fiziki qalıqların uyğunluğunun təmin edilməsi, sayım proseslərində iştirak ;
Əsas vəsaitlərin 1C sisteminə daxil edilməsi və hərəkətinin qeydiyyatı;
Tələb edildiyi halda hesabatların hazırlanmasında iştirak
ERP Menecerə verilmiş tapşırıqların izlənilməsi
Təminat və əlavə imtiyazlar:

Könüllü tibbi sığorta (3 ay sonra);
“DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
İş qrafiki:

6 gün (1-5 günlər saat 09:00-17:00, şənbə 09:00-15:00)
Ünvan: Xudat şəhəri
Vakansiya ilə bağlı “1C Operatoru (Xudat ş.)” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.