İş Təsviri
Superfon
Vəzifə öhdəlikləri:
Mağazaların strateji və əməliyyat planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
Yeni işə cəlb edilən işçilərə satış təlimlərinin keçirilməsi, təlimlərin təşkilini müvafiq struktur bölmələrlə koordinasiyasını təşkil etmək;
Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
Rəqiblər, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb lazımı tədbirlər görmək
İnsan Resursları şöbəsi ilə birgə tabeçiliyində olacaq işçilərin işəgötürülmə prosesində iştirak etmək;
Yeni satış nöqtələrinin açılışını şirkətin qaydalarına əsasən təşkil etmək.
Pərakəndə satış analizinin və hesabatlarının aparılması, rəhbərliyə təqdim edilməsi.
Qiymət siyasətinin formalaşmasında iştirak etmək, lazımi məlumatları təqdim etmək.
Namizədə tələblər:
Ali təhsil
Satış meneceri olaraq 3 ildən az olmayaraq iş təcrübəsi
Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
Analitik düşüncə, məsuliyyətli və detallara diqqətli olmaq
Yaxşı kommunikasiya və komandada işləmə bacarığı
Ezamiyyələrə açıq olmaq
Təminatlar:
Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Korporativ mobil nömrə
Müraciət qaydaları:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Pərakəndə satış meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.